- 11:34 | 27.12.2024
- Dünya
Mozambikin paytaxtı Maputoda 6000 məhbus həbsxanadan qaçıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mozambik polisinin baş komandiri Bernardino Rafael məlumat verib.
O, iğtişaşlar zamanı 33 məhbusun öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.
Qeyd edək ki, oktyabrın 9-da keçirilən seçkilərdə hakim Frelimo partiyasının qələbəsi konstitusiya şurası tərəfindən təsdiqləndikdən sonra ölkə daxilində etirazlar geniş vüsət alıb.
Üsyançılar əsasən polis maşınlarını, polis bölmələrini və ictimai infrastrukturları hədəfə alınıb.
Bu dövrdə Maputo Mərkəzi Həbsxanasında bir qrup məhbus mühafizəçilərin silahlarını ələ keçirərək üsyan çıxarıb, digər məhbusları azad ediblər.
Hadisə ilə bağlı açıqlama verən komandir həbsxanada 29 terrorçu məhkumun olduğunu və onların da qaçanlar arasında olduğunu bildirib.