Türkiyənin bu vilayətlərində əhaliyə kəskin hava şəraiti ilə əlaqdar xəbərdarlıq edilib

Türkiyənin bəzi şəhərlərində kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.

Hava proqnozlarına görə, İstanbul, Çanaqqala, Ədirnə, Kırklareli və Tekirdağda güclü külək əsəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Güclü külək zamanı nəqliyyatın hərəkətində fasilələr olacağı bildirilib.

Fırtınanın sabah axşama qədər davam edəcəyi ehtimal edilir.

Əhaliyə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq barəsində xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə