ABŞ-da heyvan sığınacağında quş qripi virusu yayılıb

ABŞ-ın Vaşinqton ştatında heyvan sığınacağında quş qripi virusu yayılıb.


E-huquq.az xarici mətbuata istinadən əbər verir ki, bu barədə sığınacağın sosial şəbəkə hesabında paylaşım edilib.

Virus sığınacaqda yaşayan 20 böyük pişiyin ölümünə səbəb olub.

Ölən heyvanlar arasında bir Benqal pələngi, dörd puma, beş Afrika serval pişiyi və iki Kanada vaşağı da var.

Sığınacağın direktoru Mark Metyus “New York Times”a bildirib ki, heyvanlar noyabrın sonu və dekabrın ortaları arasında ölüb.

"Biz əvvəllər heç vaxt belə bir hadisə yaşamamışıq. Bu virus son dərəcə təhlükəlidir” - deyə direktor bildirib.

Virusun yayılmasının qarşısını almaq üçün sığınacaq karantinə alınıb.

Qeyd edək ki, 2024-cü ilin aprelindən bəri ABŞ-da ümumilikdə 61 yoluxma faktı qeydə alınıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) yaydığı açıqlamada virusun insanlara yoluxma riskinin aşağı olduğu bildirillib.

Şəbnəm Mehdizadə