Albaniya Baş naziri təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstana başsağlığı verdi

Albaniyanın Baş naziri Edi Rama AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan və Qazaxıstana başsağlığı verib.

E-huquq.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.


“Albaniya adından dostlarımıza və qardaş ölkələrə - Azərbaycan və Qazaxıstana dərin hüznlə başsağlığı verirəm”, - Albaniya Baş nazirinin paylaşımında deyilir.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.