- 19:51 | 25.12.2024
- Siyasət
Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə 482 nəfərlik canlı qüvvə, 97 ədəd xüsusi texnika, 10 kinoloji briqada və iki ədəd təyyarə cəlb edilib.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Dilara Nurqaliyeva bildirib.
O deyib ki, prosesin gedişatı zamanı zəruri informasiya videokonfrans rejimində Azərbaycan və Rusiya tərəfinə ötürülür:
“Gördüyünüz kimi, hazırda ərazi hasara alınıb. Əraziyə 482 nəfərlik canlı qüvvə, 97 ədəd xüsusi texnika, 10 kinoloji briqada və iki ədəd təyyarə cəlb edilib. Axtarış-xilasetmə prosesi məhz Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin kinoloqlarının iştirakı ilə davam etdirilir. Rusiya və Azərbaycanla videokonfrans rejimində informasiya mübadiləsi həyata keçirilir. Bütün məlumatlar həmçinin buradakı Komanda Qərargah Məntəqəsinə də ötürülür, biz də prosesi real vaxt rejimində izləyirik”.