AZAL: Baş prokurorun müavini Qazaxıstanda hadisə yerindədir, Azərbaycandan Aktauya qəza-xilasetmə qrupu göndərilib

Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar yerli rəsmilərlə hadisə yerində operativ əlaqə təmin edilir.

E-huquq.az xəbər verir ki, bunu AZAL-ın rəsmi nümayəndəsi Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkənin qəza-xilasetmə xidmətləri görülən işlərə operativ şəkildə dəstək göstərir:

“Eyni zamanda, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Azərbaycanın Baş prokurorunun müavini də şəxsən hadisə yerindədir. Bununla yanaşı, Azərbaycandan Qazaxıstana qəza-xilasetmə qrupu da ezam edilib”.