- 14:42 | 24.12.2024
- Vəkillik
"Vəkil həddindən artıq savadlı və güclü olmalıdır. Çünkü hüququ pozulan şəxs məhz ona müraciət edir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov 28 dekabr - "Vəkil Günü" peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisində çıxışında deyib.
"Vəkil müdafiə zamanı istintaqçı, təhqiqatçı, ittihamçı, hakimlə üzləşir. Vəkil o dərəcədə bilikli olmalıdır ki, qarşıya qoyduğu məqsədə çatsın. Ona görə hər yoldan keçən vəkil ola bilməz. Anar Bağırovun Vəkillər Kollegiyasına rəhbərlik etdiyi dövrdə vəkillik sahəsində sıçrayış oldu. Vətəndaşlar vəkillik institutunun əhəmiyyətini anladı", - deyə o bildirib.
Şəbnəm Mehdizadə