Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqlədi

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Fransua Bayru ilə görüşündə ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Məlumata görə, əsas vəzifələrdə əvvəlki kabinetin üzvləri yer alıb.

Belə ki, Jan-Noel Barro Xarici İşlər Nazirliyinə, Sebastyan Lekornu isə Müdafiə Nazirliyinə rəhbərlik etməyə davam edəcək.

Bruno Retaio da daxili işlər naziri kimi fəaliyyətini davam etdirəcək.