Almaniyada milad bazarına hücum edən şəxslə bağlı yeni faktlar

Almaniyanın Maqdeburq şəhərində Milad bazarına avtomobillə hücum edən Talib əl-Abdulmohsen barəsində yeni məlumatlar əldə edilib.

E-huquq.az Almaniyanın “Spiegel” jurnalına istinadən xəbər verir ki, hücumçunun hələ 2013-cü ildə Meklenburq-Ön Pommern əyalətinin tibb mərkəzinə zəng edərək təhdid etdiyi müəyyən edilib.

Nəşr Talıb əl-Abdulmohsenin diplomla bağlı problem yaşadıqdan sonra bu addımı atdığını yazıb.

Daha sonra 2013-cü ilin sentyabrında Rostock Rayon Məhkəməsi Abdulmohseni ictimai asayişi pozduğuna görə 900 avro cərimələyib.

Qərardan sonra hakimlər haqqında təhqiramiz ifadələr işlədən hücumçu silahlanacağını bildirib.

Abdulmohsen aldığı cəza ilə bağlı Baş Nazirliyə şikayət edib.

Qeyd edək ki, Saksoniya-Anhalt əyalətinin Maqdeburq şəhərində Milad bazarına edilən hücum nəticəsində 5 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Şəbnəm Mehdizadə