- 16:22 | 23.12.2024
- Dünya
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluğun Terror Cinayətləri İstintaq Bürosunun apardığı istintaq çərçivəsində terror təşkilatı üzvlərinə xaricdən gələn maliyyə vəsaitini münaqişə bölgələrinə göndərən 7 nəfərin şəxsiyyəti müəyyən edilib.
Keçirilən əməliyyat zamanı 5 nəfər şəxs saxlanılıb.
Həmçinin ünvanlarda 55 min avro və müxtəlif təşkilati sənədlər ələ keçirilib.
Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə