ABŞ Suriyada İŞİD lideri Əbu Yusifi zərərsizləşdirdi

ABŞ hərbi qüvvələri dekabrın 19-da Suriyanın Deyr əz-Zor əyalətində İŞİD-in lideri Əbu Yusifi, eyni zamanda Mahmud ləqəbi ilə tanınan terrorçunu aviazərbə ilə öldürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.

“Dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı Deyr əz-Zor əyalətində İŞİD liderinə qarşı dəqiq hava hücumu həyata keçirib,” - deyə məlumatda qeyd edilib.

Hava əməliyyatı nəticəsində Əbu Yusiflə yanaşı daha bir İŞİD üzvü də zərərsizləşdirilib. CENTCOM-un bəyanatına əsasən, bu əməliyyat ABŞ və onun müttəfiqləri üçün təhlükə yaradan terror təhlükəsinin qarşısını almaq məqsədilə həyata keçirilib.

Mərkəzi Komandanlıq gələcəkdə də terrorizmlə mübarizədə qətiyyətli tədbirlər görəcəyini bildirib.