- 21:21 | 19.12.2024
- Digər
"Bu il ərzində effektiv, səmərəli və məhsuldar tədbirlər keçirməyə çalışmışıq".
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov dekabrın 19-da Bakıda keçirilən qurumun 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində çıxışında deyib.
Onun sözlərinə görə, 2024-cü ildə təşkilata 34 yeni üzv qoşulub və beləliklə, AKTA-nın üzvlərinin sayı 146-ya çatıb.
"AKTA-nın artıq 146 eksperti var. 2023-cü ilin göstəricisi ilə müqayisədə AKTA üzvlüyünə müraciətlərin sayı dəfələrlə artıb. 2024-cü ildə qurum tərəfindən 68 tədbir keçirilib, bu ötən ilin göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Beynəlxalq əməkdaşlıq istiqamətində də müsbət artım müşahidə olunub. Belə ki, ötən il AKTA ekspertləri 5 səfər etmişdilərsə, bu il artıq səfərlərin sayı 9 olub", - deyə E.Balacanov bildirib.