- 16:52 | 19.12.2024
- Dünya
Türkiyədə vəkilə qarşı zorakılıq edən polis əməkdaşları həbs olunub.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Kocaeli şəhərinin Gebze rayonunda müqavimət göstərdiklərini iddia edərək vəkil Adem Karaca və onun müdafiə etdiyi şəxsə qarşı bibər qazı istifadə edən, eləcə də onları qandallayan 2 polisə hökm oxunub.
Hökmə əsasən, hər iki polis 3 il 4 ay azadlıqdan məhrum edilib. Qərar qüvvəyə minənədək onların polis kimi fəliyyətinə qadağa qoyulub.
Şəbnəm Mehdizadə