- 23:27 | 15.12.2024
- Dünya
Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi Dəməşqdən təxliyə edilib, Rusiya səfirliyinin işi davam edir.
E-huquq.az xəbər verir ki, Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzinin Departamenti məlumat yayıb.
“Dekabrın 15-də Xmeymim aviabazasından Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin xüsusi uçuşu Rusiyanın Dəməşqdəki xarici nümayəndəliklərinin şəxsi heyətinin bir hissəsini Çkalovski hava limanına çatdırıb”, - məlumatda deyilir.