- 09:55 | 15.12.2024
- Digər
Gələn il üçün dövlət büdcəsində kənd təsərrüfatı sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır.
E-huquq.az xəbər verir ki, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, kənd təsərrüfatı sahəsi üçün 1 milyard 171 milyon 863 min 792 manat vəsait nəzərdə tutulmuşdu.
Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu istiqamət üzrə 1 milyard 203 milyon 805 min 845 manat ayrılacaq.
Başqa sözlə, bu istiqamət üzrə ayrılacaq vəsait 31 milyon 942 min 53 manat artırılır.
Mənbə: APA