- 22:05 | 04.12.2024
- Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında görüş olub.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə keçirilib.
Tərəflər bir-birinin mövqelərini daha yaxşı başa düşmək üçün dialoqun davam etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.