Hakimdən təqsirləndirilən şəxsə: "Səndə nə həvəsdir qadınlarla internetdə tanış olub aldatmaq?"

Külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşvin Məmmədzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində zərərçəkən qismində Ramilə İbrahimova ifadə verib. 

O bildirib ki, Rəşvin Məmmədzadə "Hyundai-Elantra" markalı avtomobilini dəyişmək adı ilə ondan alaraqb Sumqayıtda maşın bazarında satıb: "Mənə heç bir pul vermədi. Rəşvini internetdən tanımışam, ilk olaraq məni işə düzəldəcəyini söz verdi, hətta 1500 manatlıq qızıllarımı da aparıb satıb. Ancaq işə düzəltmədi. Valideynimin bank kartı ilə 1500 manat pul götürmüşdüm, onu qaytardı. Maşının pulundan başqa hamısını qaytarıb. İndi mənə 13 min mənə pul qaytarmalıdır. Ona inanmağıma səbəb mənə evlənmək təklif eləməsi oldu. Burda indi artistlik eləyir".

Təqsirləndirilən şəxs Rəşvin Məmmədzadə maşının qiymətinin 13 min yox, 7 min olduğunu deyib: "Öz yanında 6 mini notariusdan alıb ona vermişəm. Mənim ona heç bir borcum yoxdur". 

Hakim Cavid Hüseynov təqsirləndirilən şəxsə "Səndə nə həvəsdir, qadınlarla internetdə tanış olub, sonra aldatmaq?" - deyə sual verib.

Rəşvin Məmmədzadə isə cavabnında "Mən subay adamam, ailəmdən ayrılmışam. Xoşuma gələnlərlə əylənmişəm. Özününün istəyi ilə.  Təkid elədim gedək evə. Bircə Aygün bilirdi adımı, o da məndən 6 aylıq hamilədir. Evlərində atasının, qardaşının yanında olmuşam."

Ramilə İbrahimova isə təqsirləndirilən şəxsin özünü ona Rasim adı ilə tanıtdığını söyləyib. 

Sonra şahid Murad Muradzadə ifadə verib: "Rəşvinə kirayə ev vermişəm. Dedi ki, ailəmlə qalıram. Sonra dedi ki, soyuducunu dəyiş, dəyişdim . Sonra dedi ki, kombini dəyiş, onu dəyişdim. 2022-ci ilin axırlarından 2023-cü ilin yanvar ayına kimi o evdə qalıb. Evdə əşyaları da qalmışdı, aparmırdı. Həmin əşyaları köçürdüm başqa yerə, qohumumun evinə. Sonra həmin əşyaları yaşadığı qızın atası apardı. Bircə onu dedi ki, sənəd var, onu götürməliyəm. Açarı verdim, gedib özünə aid əşyaları götürdü. Rəşvinə evi 1400 manata vermişdim".

Məhkəmə prosesi şahid ifadəsinə görə 2025-ci il yanvar ayının 25-nə kimi təxirə salındı.

Qeyd edək ki, Rəsvin Məmmədzadə 3 qadın, bir kişiyə qarşı dələduzluq edib. Qadınların hamısı ilə işlə bağlı tanış olub və evlənmək təklif edərək onlara qarşı dələduzluq edib. Belə ki, o, zərərçəkən Aygün Əsgərovaya məxsus evi dələduzluq yolu ilə satıb ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu