- 17:29 | 03.12.2024
- Məhkəmə
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Hikmət Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılnması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası dekabrın 16-na təyin olunub.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Hikmət Muxtarov aralarında yaranmış mübahisə zamanı tanışı 1973-cü il təvəllüdlü Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittihma irəli sürülüb.
Şəbnəm Mehdizadə