Naxçıvan Muxtar Respublika Xəstəxanası barəsində inzibati protokol tərtib olundu

"Naxçıvan Muxtar Respublika Xəstəxanası" Publik Hüquqi Şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, xəstəxana beş min manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə