Türkiyədə silahlı insident: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Ankarada şəhərində silahlı insident olub.


E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma prosesində olan cütlüyün yaxınları arasında başlayan mübahisə qısa müddət sonra silahlı insidentə çevrilib.

Tərəflər bir-birinə silah və bıçaqla hücum edib.

İnsident nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis və həkim briqadası göndərilib.

Hadisə ilə bağlı başladılan istintaq davam edir.


Şəbnəm Mehdizadə