- 23:12 | 02.12.2024
- Dünya
Avropa İttifaqı (Aİ) Şurası insan hüquqları sahəsində ciddi pozuntulara və sui-istifadələrə görə məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısının yenilənməsini və 8 dekabr 2025-ci ilə qədər uzadıldığını elan edib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Şuranın açıqlamasında bildirilib.
"Son yeniləmələrlə məhdudlaşdırıcı tədbirlər hazırda 116 fiziki şəxs və 33 təşkilata şamil edilir. Bu şəxslərin aktivləri dondurulur və Aİ şəxsləri və qurumlarına onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır", - deyə qeyd olunub.
Bundan əlavə, siyahıda olan şəxslərə Aİ-yə səyahət qadağası tətbiq edilir.