Sudanda vəbaya yoluxanların sayı 43 mini keçib

Sudanda vəba epidemiyasına yoluxanların sayı 43 mini keçib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədə vəbaya yoluxanların ümumi sayı 43 min 490-a çatıb.

Emidemiyada həyatını itirənlərin sayı isə 1187 nəfər olub.

Məlumatda ökədə “danq” qızdırmasına yoluxanların sayının 8 min 8-ə çatdığı və 16 nəfərin bu xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hökuməti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Şəbnəm Mehdizadə