- 17:19 | 28.11.2024
- Məhkəmə
"Mari Vanna Operating Company" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, MMC barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunsa, MMC min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə