- 22:32 | 27.11.2024
- Dünya
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant Keyt Kelloq onun administrasiyasında Ukrayna üzrə xüsusi elçi olacaq.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında yazıb.
“Biz birlikdə güc vasitəsilə sülhü təmin edəcəyik, Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik!”, - Tramp qeyd edib.