MİT BƏƏ-də ravvini öldürməkdə şübhəli bilinən 3 Özbəkistan vətəndaşını ələ keçirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı ( MİT) İsrail və Moldova vətəndaşı Tzvi Koqan adlı ravvini öldürməkdə şübhəli bilinən 3 Özbəkistan vətəndaşını İstanbulda ələ keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, ravvini öldürdməkdə şübhəli sayılan 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Abdurrahim və 33 yaşlı Azizbek Kamiloviç BƏƏ-yə ekstradisiya edilib.

BƏƏ Türkiyəyə bu məsələdə əməkdaşlığa görə təşəkkür edib.

Tzvi Koqanın 2020-ci ildən Dubayda market işlətdiyi bildirilir.