İngiltərədə "Bert" qasırğası 3 nəfərin ölümünə səbəb olub

İngiltərədə "Bert" qasırğası daşqınlara, elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın hərəkətində fasilələrə səbəb olub.


E-huquq.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

İngiltərə Meteorologiya İdarəsinin (Met Office) açıqlamasında şiddətli yağışla bağlı ölkənin əksər hissəsində sarı xəbərdarlıq verilib.

İndiyə qədər artıq 3 nəfər həyatını itirib. 

Şiddətli fırtına səbəbindən ölkə daxilində bəzi qatar və bərə reysləri ləğv edilib, bəzi reyslər sabaha qədər dayandırılıb.

Ölkədə 25 min ev işıqsız qalıb.

İngiltərənin enerji təhlükəsizliyi naziri Ed Miliband verdiyi açıqlamada enerji şirkətləri ilə əlaqə saxladıqlarını və kəsintilərin tez bir zamanda aradan qaldırılması üçün səylərin davam etdiyini bildirib.

Kəskin hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə