Türkiyədə 1298 qanunsuz miqrant saxlanılıb

Türkiyədə 1298 qanunsuz miqrant saxlanılıb.


E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir ölkə daxilində keçirilən 'Kalkan-31' əməliyyatları zamanı 43 miqrant qaçaqmalçılığı təşkilatçısı və 1298 qeyri-qanuni miqrantın tutulduğunu açıqlayıb.


Nazir ümumilikdə 18 min 785 ünvanda yoxlamalar aparıldığını qeyd edib. 

Yerlikaya qanunsuz miqrasiya ilə mübarizənin davam edəcəyini bildirib.

Şəbnəm Mehdizadə