14 nəfəri zəhərləyərək öldürən qadına edam cəzası verilib

Taylandda 14 nəfəri öldürməkdə təqsirləndiriliən 36 yaşlı qadın barəsində edam hökmü verilib.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin aprel ayında Sararat Rangsiwuthaporn 32 yaşlı dostu Siriporn Khanwong ilə Banqkokun qərbindəki Ratchaburi rayonunda dini ayinə qatılıb. Lakin qadının dostu ayindən qəfil ölüb.


Tibbi ekspertiza zamanı onun bədənində sianid izləri aşkar edilib.


Polis Siripornun çantasının, pulunun və telefonunun itdiyini müəyyən edərək Sararatı saxlayıb.


Məlum olub ki, Sararat qumar aludəçisi olub və borclarını ödəyə bilmədiyi üçün dostlarını hədəf alıb.


Polis şübhəlinin borclarını geri istəyən insanlara zəhərli "bitki kapsulları" verdiyini və öldürdüyünü açıqlayıb.


Onun zərərçəkmişlərin birindən 300 min borc aldığı müəyyən edilib.


Ümumilikdə 14 qətldə günahlandırılan Sararat Rangsiwuthapornun 15 nəfəri hədəf aldığı, lakin bir nəfərin ölmədiyi bildirilib.


Sararatın keçmiş həyat yoldaşı və vəkili də cinayət ortağı kimi mühakimə olunub.


Onun keçmiş həyat yoldaşı 16 ay, vəkili isə 2 il müddətinə azadlıqdan məhrum edilib.


Sararata qarşı ümumilikdə 80 ittiham irəli sürülüb.


Şəbnəm Mehdizadə