- 12:46 | 25.11.2024
- Dünya
Filippinin paytaxtı Manilada baş verən güclü yanğın zamanı 2 min ailə evini tərk etməli olub.
E-huquq.az Sinxua agentliyinə istinadən xəbər verir ki, əraziyə Filippin Hərbi Hava Qüvvələri, sahil mühafizə dəstələri və 30 yanğınsöndürən cəlb edilib.
Manila Fəlakət Riskinin Azaldılması və İdarəetmə İdarəsi yanğının söndürüldüyünü açıqlayıb.
Manila Yanğın İdarəsinin rəsmisi Alejandro Ramos yanğın nəticəsində 1000 evin tamamilə yararsız vəziyyətə düşdüyün bildirib.
O, körfəzdən əsən güclü küləyin yanğının sürətlə yayılmasına səbəb olduğunu qeyd edib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə