Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometrologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Şabran, Xızı, Salyan, Xaçmaz, Neftçalada fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu da sarı xəbərdarlığa uyğundur.