Avstraliyada azyaşlıların sosial mediadan istifadəsi qadağan edilir

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi hazırlanıb.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qanun qəbul olunarsa, texnologiya şirkətləri bu qadağanı pozduqlarına görə 50 milyon Avstraliya dollarına (təxminən 32,5 milyon dollar) qədər cərimə ödəyəcəklər.

Avstraliyanın rabitə naziri Michelle Rowland parlamentə qanun layihəsini təqdim edib. Rowland bu tənzimləməni "dünyada aparıcı sosial media islahatı" olaraq qiymətləndirib.


Qanun layihəsinə əsasən yaş həddini pozan istifadəçilərlə bağlı “ağıllı addımlar” atılacaq.

“Bu qanun layihəsi gəncləri qorumaq və valideynlərə onların tərəfində olduğumuzu göstərmək üçündür” -  deyə nazir bildirib.

Qadağanın TikTok, X (keçmiş Twitter), Instagram və Snapchat kimi məşhur platformaları əhatə edəcəyi gözlənilir. 


Şəbnəm Mehdizadə