- 20 noy 2024 23:00
- Dünya
Ukrayna 1991-ci ildə olan sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəyə sahib deyil.
E-huquq.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində bildirib.
“Başa düşürük ki, hazırda silah gücü ilə Rusiyanı 1991-ci ildə olan sərhəd xəttinə qaytarmaq üçün kifayət qədər gücümüz yoxdur”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, Kiyev itirilmiş ərazilərdən imtina etmək niyyətində deyil, lakin köhnə sərhədlərə çatmağın mümkünsüzlüyünün fərqindədir.