Güclü qasırğa ABŞ-da ciddi fəsadlar törədib

ABŞ-ın şimal-qərbində baş verən “bomba qasırğası” nəticəsində bir nəfər həlak olub.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqton ştatında 600 mindən çox insan işıqsız qalıb.

Qasırğa ağacların aşmasına və yolların bağlanmasına səbəb olub.

Sakinlərə çölə çıxmamaq barədə xəbərdarlıq edilib.

Oreqonda 15 min, Kaliforniyada isə 19 min insanın mənzilində elektrik enerjisi kəsilib.

Hava Proqnozları Mərkəzi qasırğanın  cümə gününə qədər davam edəcəyini açıqlayıb. 


Şəbnəm Mehdizadə