- 20 noy 2024 15:51
- Dünya
ABŞ tədqiqatçıları COVID-19 virusundan xərçəng xəstəliyini müalicə etmək məqsədilə istifadə edəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemdə xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.
Alimlərin fikrincə, bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə hücum edir.
Tədqiqatçıların fikrincə, bu kəşf xərçəngin müalicəsi üçün yeni yol açır.
Yeni metoddan xüsusilə döş, kolon və ağciyər xərçəng xəstələrini sağalatmaq üçün istifadə olunacağı bildirilir.
Şəbnəm Mehdizadə