- 20 noy 2024 15:40
- Dünya
Türkiyənin İstanbul şəhərində 74 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis Qaziosmanpaşa və Sultanqazi rayonlarında 10 fərqli ünvanda əməliyyat keçirib.
Göstərilən ünvanlarda əməliyyat keçirən qruplar 65 qeyri-qanuni miqrantı yaxalayıb.
Həmçinin miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Bundan başqa ölkəyə qeyri-qanuni yollarla daxil olan və qanuni qalma müddətini pozan 9 qanunsuz saxlanılıb. Onların deportasiya proseduru başlanıb.
Şəbnəm Mehdizadə