- 20 noy 2024 14:20
- Dünya
Nigeriyada silahlı hücum nəticəsində 5 əsgər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Müdiri Edvard Buba məlumat verib.
O, Boko Haram terror təşkilatı tərəfindən həyata keçirilən silahlı hücum zamanı 5 əsgərin həyatını itirdiyini, 10 əsgərin yaralandığını, 4 əsgərin isə itkin düşdüyünü bildirib.
Hücumdan sonra keçirilən əməliyyat zamanı çox sayda terrorçunun zərərsizləşdirildiyini bildirən Buba terrorçulara aid silah maşını və mühüm sursatların ələ keçirildiyini söyləyib.
Qeyd edək ki, terror təşkilatının 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktlarında on minlərlə insan həyatını itirib. Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməli olub.
Şəbnəm Mehdizadə