Qəzza zolağında ölənlərin sayı açıqlandı

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 43 846-ya yüksəlib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, Qəzza zolağında 103 740 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.