Ceyhun Bayramov İƏT-in Baş katibi ilə əməkdaşlıq perspektivlərini müzakirə etdi - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan-İƏT əməkdaşlığı, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə əməkdaşlıq perspektivləri müzakirə edilib.