- 15 noyabr 17:17
- Siyasət
Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Xorxe Moreira da Silva ilə danışıqlar aparıb.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edib.
Söhbət zamanı Azərbaycan-BMT əməkdaşlıq gündəliyi, o cümlədən Azərbaycanın COP29-da sədrliyi ilə bağlı məsələlər müzakirə olunub.
“Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə mübarizə səylərinə diqqət yetiriblər”, - paylaşımda qeyd edilib.