Göyçayda 37 yaşlı kişi suda batdı

Göyçayda kişi su kanalında batıb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlu Yuxarı Şirvan kanalının Göyçaydan keçən hissəsində suya düşüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.