- 07 noyabr 20:36
- Sosial
Şamaxı rayonunun Çuxuryurd kəndində uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir.
E-huquq.az xəbər verir ki, görülən işlər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən icra olunur.
Abonentlərin təbii qaza olan tələbatlarının dayanıqlı şəkildə ödənilməsi üçün ümumi uzunluğu 3000 metr olan polad borular vasitəsi ilə qaz xətləri əvəzlənəcək ki, artıq işlərin bir qismi tamamlanıb.
İşin qısa zamanda yekunlaşması üçün əraziyə çox sayda işçi qüvvəsi və maşın mexanizmlər cəlb edilib.
Daha ətraflı video materialda: