- 07 noyabr 16:04
- Məhkəmə
Bakıda əcnəbi vətəndaşın etibarından istifadə etməklə ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnaz Soltanovaya hökm oxunub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Elnaz Soltanova barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Elnaz Soltanova ərəb vətəndaşı Abdullah Almatrouka 500 min manatlıq dələduz edib.
Belə ki, o, əcnəbi vətəndaşa mülk alınmasında ona yardımçı olacağı ilə bağlı yalan vəd verib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu