Tokayev: Azərbaycan və Ermənistanın münasibətlərdə yeni səhifə açmaq istəyini dəstəkləyirik

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqları şərh edib.

E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Fransanın "Le Figaro" qəzetindəki müəllif məqaləsində yazıb.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların aparılması üçün platforma təqdim etməklə hər iki ölkənin münasibətlərində yeni səhifə açmaq istəyini tam dəstəkləyirik", - Tokayev qeyd edib.