ABŞ-da erkən səsvermədə təxminən 70 milyon amerikalı iştirak edib

ABŞ-da keçirilən seçkilərdə erkən səsvermədə təxminən 70 milyon amerikalı iştirak edib.

E-huquq.az xəbər verir ki, Florida universitetinin Seçki Araşdırma Laboratoriyasının məlumatlarına görə, 70 milyona yaxın amerikalı artıq ABŞ prezident seçkilərində erkən səs verib.

“The Guardian“ qəzetinin müəlliflərinin qeyd etdiyi kimi, ABŞ-da artıq bütün ölkə üzrə seçkilər gedir və noyabrın 1-nə qədər ən azı 68,3 milyon insan səs verib.

Nəşr bildirir ki, bir çox ştatda seçki günündən əvvəl həm poçt, həm də şəxsən səsverməyə çağırışlar görünməmiş erkən səsvermə dalğasına səbəb olub.