Livanın cənubunda iki İsrail generalının olduğu avtomobil aşıb

İsrail Müdafiə Qüvvələrinin iki yüksək rütbəli zabiti Livanın cənubunda qəzaya uğrayıb, onların avtomobili aşıb.

E-huquq.az xəbər verir ki, İsrailin dövlət televiziyası Kan hər iki zabitin yüngül xəsarət aldığını bildirib.

Məlumata görə, qəzaya uğrayan avtomobildə İsrail ordusunun Şimal Komandanlığının rəhbəri general-mayor Ori Qordin və Mərkəzi Komandanlığın rəhbəri general-mayor Avi Blut olub.

Hadisənin İsrail ordusunun hazırda quru əməliyyatı keçirdiyi Livanın cənubunda operativ patrul zamanı baş verdiyi bildirilir.