İspaniya Baş naziri ilk dəfə Azərbaycana gələcək

İspaniya hökumətinin sədri Pedro Sançez bu il Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Azərbaycana gələcək.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın yeni səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edərkən məlumat verilib.

Dövlət başçısı İspaniya hökumətinin sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək qeyd edib ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəyə ilk səfər olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olunub.