Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Səbail rayonunda qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və 3 ədəd siyirtmənin quraşdırılması məqsədilə noyabrın 1-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə e-huquq.az-a  "Azəriqaz" İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Badamdar qəsəbəsində 2-ci massivin tam olaraq, 1 və 3-cü massivlərin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.