- 11:36 | 31.10.2024
- Sosial
Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarında sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək.
E-huquq.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı oktyabrın 15-də verdiyi icazənin müddəti bu gün başa çatır.
COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.