ABŞ Rusiya müdafiə nazirinin 3 müavininə sanksiya tətbiq etdi
- 30 oktyabr 19:16
- Dünya
ABŞ-nin Maliyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
E-huquq.az xəbər verir ki, yenilənmiş siyası qurumun rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.
Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən “Transmaşholdinq” şirkətinin baş direktoru Kirill Lipa da məhdudiyyətlərlə üzləşib.
Yenilənmiş siyahıda ümumilikdə 32 nəfərin və çox sayda Rusiya şirkətinin adları yer alıb.