"Mülki hüquqdan kazuslar" adlı yeni kitab çap olundu

Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin Mülki və kommersiya işləri üzrə məhkəmə təcrübəsi sektorunun müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nazənin Hüseynovanın yeni kitabı çap olunub.

E-huquq.az-ın məlumatına görə, "Mülki hüquqdan kazuslar" adlı kitab hüququn tətbiqinə, hüquqi təhlil, hüquqi tövsif qabiliyyətinin inkişafına yönəlib.

Kitab hakimliyə, vəkilliyə namizədlər, hüquq fakültələrinin tələbələri, mülki hüququn tətbiqi və tədrisi ilə məşğul olan geniş oxucu kütləsi üçün faydalıdır.

Kitabda müxtəlif məhkəmə instansiyalarında dəfələrlə baxış predmeti olmuş mülki hüquqi kazuslar və hər kazusdan sonra onu həll etmək üçün istiqamətverici suallar yer alır.

Kitabda hər mövzuya aid qısa nəzəri-praktik məlumat, daha sonra isə hər mövzuya aid kazuslar yer alır.

Ümumilikdə 8 mövzudan ibarət olan kitabda aşağıdakı mövzular əhatə olunub:

- əqdlərin etibarsızlığı
- kredit, ipoteka, zaminlik və sığorta
- əsassız varlanma
- daşınmaz əmlak
- vərəsəlik
- ailə mübahisələri
- subyektiv hüquq və s.